14 C
Baku
Sunday, November 9, 2025

Tramp: ABŞ yaxın vaxtlarda gömrük rüsumları hesabına dövlət borcunu ödəməyə başlayacaq

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkə yaxın vaxtlarda tətbiq olunan gömrük rüsumları sayəsində dövlət borcunu ödəməyə başlayacaq.

Bu barədə Tramp Truth Social hesabında paylaşım edib.

“Gömrük rüsumlarına qarşı çıxan insanlar sadəcə axmaqdır. Biz trilyonlarla dollar gəlir əldə edirik və tezliklə 37 trilyon dollarlıq irihəcmli dövlət borcumuzu ödəməyə başlayacağıq”, – deyə o vurğulayıb.

Trampın sözlərinə görə, ABŞ-yə hazırda rekord həcmdə investisiyalar cəlb olunur və müəssisələr ölkə üzrə sürətlə inkişaf edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər