19 C
Baku
Monday, November 10, 2025

Rusiyada 14 yaşınadək uşaqlar üçün ictimai nəqliyyat pulsuz ola bilər

“Rusiyada 14 yaşınadək uşaqlar üçün ictimai nəqliyyat pulsuz olmalıdır”.

Bunu TASS-a müsahibəsində Rusiya Federasiyası İctimai Palatasının katibinin müavini Vladislav Qrib bildirib: “Böyüklər üçün gediş haqqını bir qədər artırmaq, uşaqların isə pulsuz istifadə yaxşı olardı”.

Rusiya Dövlət Duması daha əvvəl üç yaşından kiçik uşağı olan valideynlər üçün ictimai nəqliyyatın pulsuz olmasını təklif etmişdi.

Bundan əlavə, rusiyalı bəzi deputatlar orta ixtisas və ali məktəblərdə tələbələrin ictimai nəqliyyatdan pulsuz istifadəsini təklif ediblər.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər