Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 162 106 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır (180 528 nəfər).
Azərbaycan Dövlət Turizm Agentliyinin məlumatında bildirilir ki, Qazaxıstandan 78 127 (il ərzində azalma 9,5 %), Özbəkistandan 44 490 (-9 %), Türkmənistandan 24 029 (-27,2 %), Qırğızıstandan 8 243 (-5,4 %), Tacikistandan 7 217 turist (+18,4 %) gəlib.
Qeyd edək ki, bu ilin hesabat dövründə Azərbaycana 1 milyon 948 min 380 əcnəbi səfər edib, bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,76 % azdır (1 milyon 983 min 274).
2024-cü ildə Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 34,13 % artaraq 180 528 nəfərə çatıb: Qazaxıstandan 86 304 nəfər (+48,62 %), Özbəkistandan 46 396 (+16,98 %), Türkmənistandan 33 020 (+26,93 %), Qırğızıstandan 8 715 (+49,51 %), Tacikistandan isə 6 093 turist (+21,62 %) gəlib.
Ümumilikdə 2017-2024-cü illərdə Mərkəzi Asiya ölkələrindən Azərbaycana 726 258 nəfər səfər edib. Qazaxıstandan 331 428, Özbəkistandan 182 310, Türkmənistandan 178 236, Qırğızıstandan 30 011, Tacikistandan isə 24 246 turist gəlib.







