18 C
Baku
Tuesday, November 11, 2025

ABŞ Rusiyadan neft idxalında azalma fonunda Hindistana qarşı rüsumları yumşaldacaq

ABŞ Rusiyadan neft tədarükündə azalma səbəbindən müəyyən vaxtda Hindistan idxalına qarşı rüsumıları azaldacaq.

ABŞ Prezidenti Donald Tramp bu barədə Oval Kabinetdə jurnalistlərə açıqlamasında bildirib.

Tramp ABŞ-nin Hindistandakı səfiri Sercio Qoranın andiçmə mərasimində iştirak edib.

Tramp qeyd edib ki, ABŞ-nin hazırda Rusiya neftinə görə Hindistana qarşı tariflər çox yüksəkdir və onlar Rusiya neftini almağı dayandırıblar: “Azalmalar əhəmiyyətli olub. Bəli, müəyyən vaxtda biz tarifləri azaldacağıq”.

ABŞ Prezidenti oktyabrın ortalarında Hindistanın Baş naziri Narendra Modinin Nyu-Dehlinin Rusiya neftini almağı dayandırmağa hazır olduğunu şəxsən ona bildirdiyini açıqlayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər