Qazaxıstanın Energetika Nazirliyi ölkə ərazisindən neft məhsullarının ixracına müvəqqəti qadağa qoyulması barədə qərarı təsdiqləyib.
Bu qərar “milli təhlükəsizliyi və daxili yanacaq bazarının sabitliyini təmin etmək” məqsədilə qəbul olunub.
Qazaxıstandan, o cümlədən Avrasiya İqtisadi Birliyi ölkələrindən neft məhsullarının ixracına qadağa altı ay müddətinə – 2025-ci il noyabrın 20-dən 2026-cı il mayın 20-dək tətbiq olunur.
Sənədə əsasən, avtomobil və dəmir yolları ilə benzin, dizel yanacağı və bir sıra digər neft məhsullarının ixracı qadağandır.






