Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib.
Bu barədə Banker.az nazirliyin yaydığı bəyanata istinadən xəbər verir.
“Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçimiz həlak olub. Səhər saat 6:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq təyyarəmizin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarına və qəza ilə bağlı araşdırmalara başlanılıb”, – deyə məlumatda bildirilir.
“Qəhrəman döyüş yoldaşlarımız 2025-ci il noyabrın 11-də Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olub. Şəhidlərimizin ailələrinə və xalqımıza öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından başsağlığı verirəm”, – deyə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də bildirib.
Bundan başqa nazirlik şəhid hərbçilərin ad və soyadlarını da açıqlayıb.
Gökhan Korkmaz – Pilot
Serdar Uslu – Zabit
Nihat İlgen – Zabit
Cüneyt Kandemir – Zabit
Emre Mercan – Baş Leytenant
Nuri Özcan – Baş Çavuş
Ümit İnce – Zabit
Burak Özkan – Zabit
Emrah Kuran – Zabit
Hamdi Armağan Kaplan – Zabit
Akın Karakuş – Zabit
İlker Aykut – Baş Qərargah rəisi
Ramazan Yağız – Zabit
Emre Altiok – Zabit
Burak İbbiği – Zabit
İlhan Ongan – Baş Çavuş
Berkay Karaca – Zabit
Ahmet Yaşar Kuyucu – Zabit
Cem Dolapcı – Zabit
Emre Sayın – Zabit.







