Azərbaycanda mikro sahibkarlıq subyektlərinin 2024-cü ildə 372.8 mln. manat ümumi mənfəət əldə edib. Halbuki, 2023-cü ildə 283.8 mln. manat ümumi mənfəət əldə edib.
Banker.az xəbər verir ki, müqayisədə 31% artımdır.
İqtisadi fəaliyyət növlərinə görə isə artımlar və azalmalar fərqli templərdə olub. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində mənfəət 2.9 mln. manatdan 24.1 mln. manata yüksələrək əsaslı artım göstərib. Mədənçıxarma sənayesi 0.8 mln. manatdan 1.7 mln. manata, emal sənayesi isə 11.6 mln. manatdan 17.9 mln. manata çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində mənfəət 0.5 mln. manatdan -4.6 mln. manata düşərək zərərə keçib. Su təchizatı və tullantıların təmizlənməsi sahəsində isə mənfəət 0.8 mln. manatdan 1.3 mln. manata yüksəlib. Tikinti sektorunda isə mənfəət 5.6 mln. manatdan 14.1 mln. manata qalxıb.
Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində mənfəət 72.9 mln. manatdan 89.9 mln. manata, nəqliyyat və anbar təsərrüfatında isə 19.8 mln. manatdan 23.3 mln. manata yüksəlib. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində artım nisbətən az olub və 7.4 mln. manatdan 8.5 mln. manata çatıb. İnformasiya və rabitə sahəsində mənfəət 23.2 mln. manatdan 48.1 mln. manata iki dəfə artıb.
Maliyyə və sığorta fəaliyyətində isə mənfəət 14.1 mln. manatdan 10.1 mln. manata azalıb, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda isə 11.0 mln. manatdan 2.5 mln. manata düşüb. Peşə, elmi və texniki fəaliyyət sahəsində mənfəət 69.8 mln. manatdan 84.5 mln. manata yüksəlib. İnzibati və yardımçı xidmətlər sahəsində isə mənfəət 24.8 mln. manatdan 20.5 mln. manata azalıb.
Təhsil sektorunda mənfəət 9.1 mln. manatdan 10.7 mln. manata, səhiyyə və sosial xidmətlər sahəsində isə -1.1 mln. manatdan 6.5 mln. manata qalxıb. İstirahət, əyləncə və incəsənət sahəsində mənfəət 2.2 mln. manatdan 3.6 mln. manata yüksəlib, digər xidmət sahələrində isə 8.6 mln. manatdan 10.3 mln. manata çatıb.
2023-cü ildə mikro sahibkarlıq subyektlərinin rentabellik səviyyəsi 27.7% olub, 2024-cü ildə isə bu göstərici 21.4%-ə düşüb.







