19 C
Baku
Wednesday, November 12, 2025

Kürdəmirin yeni icra başçısı kimdir?

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə isə dövlət başçısının Sərəncamı ilə Elşən Nazim oğlu Həsənli təyin edilib.

Həsənli Elşən Nazim oğlu 10 avqust 1986-cı ildə Yevlax şəhərində anadan olub.
2006-cı ildə Azərbaycan  Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” ixtisası üzrə bakalavriatura səviyyəsini, 2019-cu ildə isə Dövlət İdarəçilik Akademiyasının “Davamlı inkişafın planlaşdırılması” üzrə magistratura səviyyəsini bitirib.
2012-2014-cü illərdə Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı aparatında baş məsləhətçi vəzifəsində çalışıb.
2014-2022-ci illərdə Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.
2022-ci ilin dekabr ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
2025-ci ilin aprel ayında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.
Son xəbərlər
Digər xəbərlər