ABŞ Energetika Nazirliyi “Brent” neftinin qiyməti üzrə proqnozunu 68,76 dollara yüksəldib

ABŞ Energetika Nazirliyi 2025-ci il üçün “Brent” markalı neftin orta qiyməti üzrə proqnozunu 0,17% artıraraq bir barel üçün 68,64 dollardan 68,76 dollara yüksəldib.

Bu, Nazirliyin Enerji Məlumatları İdarəsinin hesabatında öz əksini tapıb.

Eyni zamanda, qurum proqnozlaşdırır ki, 2026-cı ilin birinci rübündə “Brent” neftinin qiyməti dünya üzrə neft ehtiyatlarının artması səbəbindən bir barel üçün 54 dollara qədər enəcək.

ABŞ Energetika Nazirliyi həmçinin gözləyir ki, “OPEC+” ölkələrinin neft hasilatı dünya ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağı proqnozları fonunda hədəf səviyyələrindən orta hesabla gündəlik 1,3 milyon barel az olacaq.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər