Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti “Kooplayihə-AHB” firması ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə İstisu qəsəbəsinin layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 836 620 AZN təşkil edir.
“Kooplayihə-AHB” firması 2004-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Hüseyn Xəlilovdur.







