16 C
Baku
Thursday, November 13, 2025

Rusiyanın qızıl ehtiyatları son bir ildə rekord $92 milyard artıb

Son bir il ərzində Rusiyanın qızıl ehtiyatlarının dəyəri rekord 92 milyard dollar artıb. Bu göstərici son dörd ilin ümumi artımını da geridə qoyub.

2025-ci il noyabrın 1-nə olan məlumata görə, Rusiya Mərkəzi Bankının anbarlarında saxlanılan qızılın dəyəri 299,8 milyard dollara çatıb. Bir il əvvəl bu rəqəm 207,7 milyard dollar olub. Agentliyin qeyd etdiyinə görə, müasir Rusiya tarixində qızıl ehtiyatları heç vaxt bu qədər sürətlə artmayıb.

Dəyərin kəskin artmasının əsas səbəbi dünya bazarında qızıl qiymətlərinin yüksəlməsidir. Son bir ildə bir troya unsiyası qızılın qiyməti 1,5 dəfə artaraq 2,7 min dollardan 4 min dollara yüksəlib. Bununla yanaşı, qızıl ehtiyatlarının fiziki həcmi əksinə, təxminən 3,1 ton (100 min troya unsiyası) azalıb.

1 oktyabra olan vəziyyətə görə, Rusiyanın ümumi qızıl ehtiyatı 74,9 milyon unsiya, yəni 2329,7 ton təşkil edib.

Noyabrın əvvəlində qızılın Rusiya beynəlxalq ehtiyatlarının strukturundakı payı 41,3 faiz olub — bu, 1995-ci ildən bəri ən yüksək göstəricidir. Eyni zamanda, ölkənin valyuta ehtiyatları cəmi 0,5 faiz artaraq 426 milyard dollara çatıb.

Ümumilikdə, 1 noyabr 2025-ci il tarixinə Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarının ümumi həcmi təxminən 726 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər