16 C
Baku
Thursday, November 13, 2025

Şirkət sahiblərinə 1.43 mln. manat dividend ayırıb

Tikinti-quraşdırma və inşaat əməliyyatları ilə məşğul olan “Mörtel” QSC-nin 2024-cü il dividendləri və mənfəət bölgüsü açıqlanıb.

Banker.az xəbər verir ki, şirkət səhmdarlarına 2024-cü il ərzində 1 milyon 429 min manat dividend ödəyib. Bu, əvvəlki ilin 567 min manat dividend göstəricisi ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur.

Bölüşdürülməmiş mənfəət isə xeyli azalıb. 2023-cü ildə 1,8 milyon manat olan bölüşdürülməmiş mənfəət 2024-cü ildə 663 min manata düşüb. Bu azalma, xalis mənfəətin 292 min manata geriləməsi və yüksək dividend ödənişləri ilə bağlı olub..

Şirkətin səhmləri 98 faiz “LSA Marine” QSC-yə, qalan 2 faiz isə Oruc Vəliyev Göyüş oğluna məxsusdur. Bu pay sahibləri 2024-cü il dividendindən müvafiq olaraq “LSA Marine” QSC 1 milyon 400 min manat, Oruc Vəliyev isə təxminən 29 min manat civarında dividend əldə etmiş olur.

Son xəbərlər
Digər xəbərlər