Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına görə, 2025-ci ildə dünyada neftə tələbat sutkada 788 min barel artacaq.
Oktyabrda qurum tələbatın artımını 710 min barel səviyyəsində proqnozlaşdırmışdı. Beləliklə, bu ilin proqnozu 78 min barel artırılıb.
IEA həmçinin qeyd edib ki, 2026-cı ildə tələbatın artımı sutkada 770 min barel olacaq ki, bu da əvvəlki 699 min barel proqnozundan 71 min barel çoxdur.
Agentliyin məlumatına əsasən, 2025-ci ildə qlobal neft tələbatı gündəlik 103,884 milyon barel, 2026-cı ildə isə 104,654 milyon barel təşkil edəcək.








