“MSDIS Holding” MMC nizamnamə kapitalının 50 manata azaldığını elan edir.
Banker.az xəbər verir ki, MMC-nin nizamnamə kapitalı buna qədər 500 manat idi.
“MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”, “MS Asfalt” və “MS Karyer” sahələridir.








