15 C
Baku
Thursday, November 13, 2025

Keçmiş məhkəmə hakimi İlyas Mahmudovun cəzası azaldıldı

Rüşvət müqabilində qanunsuz qərardad çıxardığı üçün məhkum edilmiş keçmiş məhkəmə hakimi İlyas Mahmudovun cəzası azaldılıb.

Ali Məhkəmə belə qərar çıxarıb.

Məhkəmə keçmiş hakimin kassasiya şikayətini qismən təmin edib. Onun cəzası 9 ildən 6 ilə endirilib.

Qeyd edək ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov 9 il azadlıqdan məhrum edilmişdi.

Son xəbərlər
Digər xəbərlər