15 C
Baku
Friday, November 14, 2025

“NAS Project BOKT”un rəhbərliyində və idarə sturukturunda mühüm dəyişikliklər olub

“NAS Project BOKT” ASC-nin idarəetmə strukturunda mühüm dəyişikliklər baş verib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə BOKT təkbaşına idarəetmədən kollektiv idarəetmə formasına keçib.

BOKT-nin İdarə Heyətinə Məmmədov Elnur Fəzli oğlu sədr,  Abdullayev Ramin Safiq oğlu  və Məmmədli Xəyal Vidadi oğlu üzv seçiliblər.

Məmmədov E.F. undan öncə BOKT-nin direktoru, Məmmədli X.V. isə baş mühasib idi.

“NAS Project BOKT” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir.

1 milyon 300 min manat nizamanmə kapitalı olan “NAS Project BOKT” ASC-nin sahibi 100% payla Quliyev Məhəmməd Nizami oğludur.

2024-cü ili 589 min manat mənfəət əldə edib. 2023-cü ildə BOKT-un mənfəəti 434 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 36% artması deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər