18 C
Baku
Friday, November 14, 2025

Sanksiyalar Rusiya neft şirkətlərinin Çinə Arktika marşrutu ilə çıxışını çətinləşdirir — Bloomberg

ABŞ sanksiyalarına görə Rusiya neftinin Şimal Buzlu Okeanı vasitəsilə daşınması ləngiyir. Orta səfər müddəti yeddi həftəyə yüksəlib — bu, ötən illə müqayisədə üç həftə çoxdur. Bununla belə, Rusiya neftinin dəniz yolu ilə ixrac həcmi azalıb.

Qeyd edək ki, daşımalarda istifadə edilən bütün tankerler ABŞ-nin Xarici Aktivlərə Nəzarət İdarəsinin sanksiyaları altındadır.

Eyni zamanda, Süveyş kanalından keçən marşrutun müddəti cüzi şəkildə artıb. Bu daşımaların əksər hissəsi ABŞ sanksiyası altında olmayan gəmilər tərəfindən həyata keçirilir.

Bu problemlər göstərir ki, ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlər Rusiya nefti ticarətini çətinləşdirir, baxmayaraq ki, tamamilə dayandırmır. Tankerlərin hərəkəti ilə bağlı “Bloomberg” tərəfindən toplanan məlumatlara görə, son həftələrdə Rusiyanın xam neft ixracı azalıb. Cümə axşamı Beynəlxalq Enerji Agentliyi ABŞ sanksiyalarının Rusiyada neft hasilatına dair proqnozlar üçün “əhəmiyyətli pisləşmə riski” yaratdığını bildirib.

Şimal Dəniz Yolu

Rusiyanın Arktika sahili boyunca uzanan Şimal Dəniz Yolu ənənəvi Süveyş kanalı marşrutu ilə müqayisədə Şimali Çinə daha sürətli çatdırılma vəd edirdi. Lakin bu il bu marşrut gözləntiləri doğrultmayıb.

Bu il Arktika üzərindən həyata keçirilən 18 xam neft tədarükündən — ötən ilki 20 ilə müqayisədə — 11 gəmi Rusiyanın Sakit okean sahilinə yaxın ərazidə rəqəmsal transponder siqnalları olmadan gəmidən-gəmiyə nəql həyata keçirib. Bu praktika yüklərin izlənməsini çətinləşdirir və daşınma müddətini və xərcini artırır.

Bu il Arktika vasitəsilə neft daşıyan bütün tankerler ABŞ sanksiyaları altındadır. Onların bir çoxu həmçinin Britaniya və Avropa İttifaqının qara siyahısına daxil edilib.

Nəticədə, daşınan yüklər Çinin limanlarında boşaldılır.

Son xəbərlər
Digər xəbərlər