2025-ci ilin doqquz ayı ərzində ölkədə 8.2 min iş yeri bağlanmışdır.
Banker.az xəbər verir ki, bu dövrdə bağlanmış iş yerlərinin 47,4 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.
İş yerlərinin 27,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 72,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanmışdır.






