18 C
Baku
Friday, November 14, 2025

Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla matçda iştirak etməyəcək

“Real” (İspaniya) futbol klubunun fransalı hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycanın millisiylə səfər oyununu buraxacaq. Bu barədə L’Equipe nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Mbappe 16 noyabrda keçiriləcək oyunda sağ topuq zədəsi səbəbindən iştirak etməyəcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun — 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər