Apple” şirkətinin Direktorlar Şurası 2026-cı ildə baş direktor Tim Kukun istefasına hazırlaşır.
Bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumatda deyilir ki, ali rəhbərlik Kuk tərəfindən şirkətin idarəçiliyinin təhvil verilməsinə hazırlığı bu yaxınlarda aktivləşdirib.
Bildirilir ki, Kukun ən mümkün varisi “Apple”ın baş vitse-prezidenti Con Ternusdur. Lakin yekun qərar hələ qəbul olunmayıb. Qəzet qeyd edir ki, bu keçid uzun müddət əvvəl planlaşdırılıb və şirkətin cari fəaliyyət nəticələri ilə bağlı deyil.
Xatırladaq ki, Kuk hazırda dəyəri dörd trilyon dollardan çox olan “Apple” şirkətində 1998-ci ildən işləməyə başlayıb. O, 2011-ci ildən etibarən şirkətdə baş direktor vəzifəsini tutur.








