13 C
Baku
Saturday, November 15, 2025

KİV: “Tesla” öz təchizatçılarından Çində hazırlanan hissələrdən istifadəni dayandırmağı tələb edib

Amerikanın elektromobil istehsalçısı “Tesla” öz təchizatçılarından ABŞ-də avtomobil istehsalı zamanı Çində hazırlanan komplektləşdirici hissələrdən imtina etmələrinə dair göstəriş verib.

Bu barədə “Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

İddiaya görə, şirkət yaxın bir-iki il ərzində tamamilə Çindən kənarda istehsal olunan detalların istifadəsinə keçmək istəyir.

“Tesla” ABŞ-də istehsal olunan avtomobillərində Çin istehsalı olan komplektləşdirici hissələrdən imtina edilməsini təchizatçılarından tələb edir ki, bu da ABŞ və Çin arasında dərinləşən geosiyasi gərginliyin nəticələrinin yeni nümunəsidir… Şirkət yaxın bir-iki il ərzində tamamilə Çindən kənarda istehsal olunan detalların istifadəsinə keçməyi hədəfləyir”, – xəbərdə qeyd olunub.

Mənbələrin məlumatına görə, “Tesla” bu ilin əvvəlində ABŞ-də istehsal olunan avtomobilləri üçün Çin təchizatçıları ilə əməkdaşlığı dayandırmaq qərarı verib: “Tesla” və onun təchizatçıları artıq bəzi Çin istehsalı hissələri digər ölkələrdə istehsal olunan detallar ilə əvəz ediblər. Qeyd olunub ki, şirkət ABŞ Prezidenti Donald Trampın Çin idxalına yüksək rüsumlar tətbiq etməsindən sonra Çin istehsalı olan hissələrdən imtina planlarının həyata keçirilməsini sürətləndirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər