“İsland dili ingilis dili və süni intellektə görə yox olmaq təhlükəsi altındadır”.
“The Guardian” nəşri yazır ki, bunu ölkənin sabiq baş naziri Katrin Yakobsdottir deyib.
Onun sözlərinə görə, gənclər öz ana dilindən getdikcə daha az istifadə edirlər: “Ana dilimizdə çox az adam danışdığı üçün mən onu qoruyub saxlamağa görə böyük məsuliyyət daşıdığımızı hiss edirəm. Gənclər sosial şəbəkələrdə və digər yerlərdə ingilisdilli məzmunla əhatə olunub. Bu da dilin qorunub saxlanmasına təhlükə yaradır. Biz çox çətin dövrlərdən keçirik və hökumət bu məsələyə xüsusi diqqət yetirməlidir”.
Qeyd edək ki, island dilində təxminən 350 min nəfər danışır və bu dil dünyada ən az dəyişdirilmiş dillərdən biri hesab olunur.







