15 C
Baku
Monday, November 17, 2025

Yaponiya iqtisadiyyatı ixracın azalması fonunda üçüncü rübdə 1,8% kiçilib

İyul–sentyabr dövründə Yaponiyanın ÜDM həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azalıb. Bu barədə ölkənin hökumət məlumatlarına istinadən “Associated Press” yazır. 2025-ci ilin ikinci rübü ilə müqayisədə azalma 0,4% təşkil edib.

Agentlik yazır ki, Yaponiyanın ÜDM-nin azalmasına səbəb ABŞ-nin yüksək gömrük rüsumları fonunda ixracın zəifləməsi olub. Hesabat dövründə ixrac illik ifadədə 4,5%, rüblük ifadədə isə 1,2% azalıb. Bəzi Yaponiya ixracatçıları rüsumların tətbiqindən yayınmaq üçün tədarükü sürətləndiriblər və bu, əvvəlki bəzi statistik göstəricilərin şişirdilməsinə gətirib çıxarıb.

Yaponiyanın idxal həcmi isə üçüncü rübün yekunlarına görə 0,1% azalıb.

Demək olar ki, bütün yapon məhsullarına ABŞ tərəfindən 15% gömrük rüsumu tətbiq edilir. Əvvəllər bu rüsumlar 25%-ə qədər çatırdı.

Son xəbərlər
Digər xəbərlər