16 C
Baku
Monday, November 17, 2025

Hindistan ABŞ-dən ildə 2 milyon ton mayeləşdirilmiş qaz alacaq

Hindistanın neft-qaz şirkətləri “Indian Oil Corporation”, “Bharat Petroleum” və “Hindustan Petroleum” ABŞ ilə ildə 2 milyon tondan çox maye təbii qaz (LNG) alınmasını nəzərdə tutan müqavilə imzalayıblar. Bu barədə Cənubi Asiya respublikasının neft və qaz naziri Hardip Singh Puri məlumat verib.

“Dünyanın ən böyük və ən sürətlə inkişaf edən maye qaz bazarlarından biri ABŞ üçün açılır. Hindistanın neft şirkətləri uğurla birillik müqavilə imzalayıb və bu müqavilə çərçivəsində ildə təxminən 2,2 milyon ton LNG alışı həyata keçiriləcək”, – nazir qeyd edib.

O bildirib ki, bu, ABŞ-nin LNG-sinin Hindistan bazarına ilk dəfə ixracını nəzərdə tutan müqavilədir və bunu tarixi hadisə adlandırıb. Hindistanın neft naziri vurğulayıb ki, Nyu-Deli “ölkə əhalisini etibarlı və əlçatan maye qaz təchizatı ilə təmin etməyə və mənbələri diversifikasiya etməyə” çalışır.

Purinin sözlərinə görə, sövdələşmənin baş tutmasından əvvəl bir neçə aylıq danışıqlar aparılıb. Hindistan neft şirkətlərinin nümayəndə heyəti ABŞ-yə səfər edib və aparıcı amerikalı istehsalçılarla məsləhətləşmələr aparıb.

Son xəbərlər
Digər xəbərlər