15 C
Baku
Monday, November 17, 2025

Bloomberg: Rusiyaya qarşı sanksiyalar ABŞ-də yanacaq qiymətlərinin artmasına səbəb olub

ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, həmçinin Rusiyanın enerji infrastrukturuna edilən hücumlar nəticəsində dünya bazarından “milyonlarla litr dizel və benzin” yoxa çıxıb, “Bloomberg” yazır. Agentlik qeyd edir ki, dünya bazarında neft ucuzlaşsa da, ABŞ yanacaqdoldurma məntəqələrində qiymət təzyiqi davam edir.

“Bloomberg”in məlumatına görə, ABŞ, Avropa və Asiyada fəaliyyət göstərən neft emalı zavodları 2018-ci ildən bəri ən yüksək mənfəətlilik və güc ilə çalışır. Agentliyin sorğuladığı sənaye ekspertləri hesab edirlər ki, Rusiya neft məhsullarının dünya bazarına tədarükünə qoyulan yeni məhdudiyyətlər pərakəndə yanacaq bazarlarına daha da böyük təzyiq göstərə bilər.

Rusiyanın neft məhsulları ixracı sutkada təxminən 800 min barrel, dünya üzrə dəniz yolu ilə daşınan neft məhsulları isə gündə 22 milyon barrel təşkil edir. Ekspertlər bildirirlər ki, istənilən ciddi pozuntu “qlobal yanacaq bazarı üçün şok” olacaq. Onlar əlavə edirlər ki, mümkün azalmaların həcmi hələ də aydın deyil, çünki “Rusiya çox vaxt sanksiyalardan yayınmağı bacardığını göstərib”.

Son xəbərlər
Digər xəbərlər