15 C
Baku
Monday, November 17, 2025

SİMA rəqəmsal imza sistemi 3,6 milyon istifadəçini keçib — Prezident rəqəmsal transformasiya hədəflərini açıqladı

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, “SİMA” adlı biometrik rəqəmsal imza sistemi artıq 3,6 milyon istifadəçi tərəfindən qəbul edilib və 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Prezident İlham Əliyev vurğulayıb ki, bu nəticə Azərbaycanın rəqəmsal hökumət modelinin sürətlə inkişaf etdiyini göstərir.

O əlavə edib ki, Azərbaycanın BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi”ndə ən yüksək kateqoriyaya daxil olması təsadüfi deyil. Ölkənin növbəti hədəfi isə qarşıdakı beş il ərzində həmin indeks üzrə dünyanın ilk 40 dövləti sırasında yer almaqdır.

Son xəbərlər
Digər xəbərlər