14 C
Baku
Monday, November 17, 2025

“Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq”

Avropa Komissiyası Ukraynaya 2026–2027-ci illər üçün maliyyə yardım paketini hazırlayarkən Rusiya–Ukrayna müharibəsinin 2026-cı ilin sonunda başa çatacağı ehtimalı ilə çıxış edib.

Bu barədə məlumat “Yevropeyskaya pravda” tərəfindən açıqlanan Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Avropa İttifaqı ölkələrinin liderlərinə ünvanladığı məktubda yer alıb.

Məktubda Ursula von der Leyen qeyd edir ki, Beynəlxalq Valyuta Fondunun ilkin proqnozlarına əsasən, müharibənin 2026-cı ilin sonunda başa çatması və Aİ-yə üzv dövlətlər, həmçinin beynəlxalq tərəfdaşlar tərəfindən verilən bütün vədlər nəzərə alınsa belə, Ukrayna yenə də böyük maliyyə çatışmazlığı ilə üzləşəcək. Bu çatışmazlığın yeni maliyyələşdirmə cəlb etmədən aradan qaldırılmasının mümkün olmayacağı vurğulanır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər