Qazaxıstanın Azərbaycan ilə ticarətinin həcmi bu ilin yanvar-sentyabr aylarında 358,2 milyon dollar və ya hesabat dövründə Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil edib.
Qazaxıstan Milli Statistika Bürosunun məlumatına əsasən, Azərbaycana ixrac 302,5 milyon dollara çatıb ki, bu da ümumi ixracın 0,5 faizini təşkil edir.
Azərbaycandan malların idxalı isə 55,7 milyon dollar və ya ümumi ixracın 0,1 faizini təşkil edib.






