Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərlə əmək müqavilələrinin ləğvi üçün əsasların siyahısını genişləndirən qanun imzalayıb.
Müvafiq sənəd rəsmi hüquqi məlumat portalında dərc edilib.
Məlumata görə, siyahı işəgötürənin Rusiya Federasiyasının normativ hüquqi aktlarına uyğun qaydada xarici işçilərin sayını azaltmaq məcburiyyətində olduğu hallar daxil edilməklə genişləndirilib.
Qanun 1 mart 2026-cı ildə qüvvəyə minəcək.
Təşəbbüs “Yeni insanlar”” fraksiyasının nümayəndələri tərəfindən parlamentə təqdim edilmişdi.







