2025-ci ilin yanvar–sentyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatları ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk doqquz ayında göstərici 146 saat təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövründə qeydə alınmış 146,4 saatdan bir qədər azdır. Bu da təqribən aylıq iş saatlarının 24 dəqiqə azalıb.
Ən böyük artım tikinti sektorunda qeydə alınıb. 2024-cü ildə 150,5 saat olan göstərici 2025-ci ildə 152,3 saata yüksəlib. Oxşar dinamika elektrik enerjisi, qaz və buxar istehsalı sahəsində də nəzərə çarpır. Bu sahədə 2024-cü ildə 150 saat olan orta aylıq iş saatı 2025-ci ildə 150,4 saata çatıb. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda da cüzi artım müşahidə olunur – göstərici 151,1 saatdan 151,9 saata yüksəlib.
Ən kəskin azalma isə emal sənayesində qeydə alınıb. 2024-cü ildə 146,8 saat olan orta aylıq iş saatı 2025-ci ildə 145,8 saata enib. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində də azalma müşahidə olunur: ötən ilin 150,4 saatlıq göstəricisi cari ildə 148,9 saata düşüb. İnzibati və yardımçı xidmətlər sahəsində də göstərici 149,4 saatdan 147,9 saata geriləyib. Dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində isə azalma nisbətən məhduddur — 153,7 saatdan 153 saata eniş müşahidə edilib.
Bəzi sahələrdə isə göstəricilər dəyişməz qalıb. Nəqliyyat və anbar təsərrüfatında iş saatlarının həcmi hər iki ildə 142 saat səviyyəsində olub. Sosial xidmət və səhiyyə sahəsində də göstərici sabit qalaraq 140,6 saat təşkil edib.







