16 C
Baku
Tuesday, November 18, 2025

“Taşları Toplama Zamanı” kitabının Türkiyədə təqdimatı baş tutdu

17 Noyabr – Milli Dirçəliş Günündə Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü və “PAŞA Həyat Sığorta” ASC-nin sponsorluğu ilə “Taşları Toplama Zamanı” kitabının türk dilində nəşrinin Gazi Universitetində təqdimat mərasimi baş tutdu.

Tədbirdə PAŞA Həyat-ın İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, İRS nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Gazi Universitetinin Rektor köməkçisi Prof. Dr. Necdet Hayta, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

PAŞA Həyat-ın İdarə Heyəti sədri Ülviyyə Cabbarova çıxışında Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasında Bir millət, iki dövlət fəlsəfəsinin dayandığını vurğulayıb. O qeyd edib ki, bu qardaşlıq bağları təkcə siyasi və iqtisadi deyil, həm də mədəni və mənəvi dəyərlər üzərində qurulub.

Təqdim etdiyimiz “Taşları Toplama Zamanı” kitabı Qərbi Azərbaycanda illər boyu dağıdılmış, izləri silinmiş memarlıq abidələrini, dini məkanları, tarixi yaşayış yerlərini və sənədli sübutları bir araya gətirir. Qərbi Azərbaycana dair toplanmış materiallar xüsusilə önəmlidir. Çətinliklərə rəğmən, vaxtilə azərbaycanlıların yaşadığı onlarla kənd sənədləşdirilmiş, foto və faktoloji sübutlar toplanmışdır. Bu materiallar həmin torpaqların xalqımıza məxsus qədim yurd yeri olduğunu bir daha təsdiqləyir.

0005 0006 0004

0001bank x  0002

 

Son xəbərlər
Digər xəbərlər