16 C
Baku
Tuesday, November 18, 2025

Bloomberg: iPhone Air-in dizayneri Apple-dan ayrılıb

iPhone Air-in hazırlanmasında iştirak edən sənaye dizayneri Abidur Çaudhuri Apple-dan ayrılıb. Bu barədə mənbələrinə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, Çaudhuri yaxınlarda süni intellekt sahəsində çalışan bir startapa keçib. Qeyd olunur ki, onun getməsi Apple şirkətində rezonans yaradıb, çünki o, dizaynerlər komandası arasında artan nüfuza malik idi.

Bloomberg-in məlumatına əsasən, Çaudhuri şirkətdə altı ildən çox işləyib. Sentyabr ayında təqdim olunan yeni iPhone Air modelini təqdim etmək üçün Apple məhz onu seçmişdi. Agentlik əlavə edib ki, Çaudhurinin gedişi bu modelin zəif satışları ilə bağlı deyil.

Bundan əvvəl Britaniyanın Financial Times qəzeti xəbər vermişdi ki, Apple-ın baş direktoru Tim Kuk 2026-cı ildə postunu tərk edə bilər. Mənbələrə görə, onu əvəzləmək üçün ən real namizəd qurğuların aparat təminatının inkişafı üzrə baş vitse-prezident Con Ternus hesab olunur. Bununla belə, yekun qərarın hələ verilmədiyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər