Azərbaycanda avtomobil istehsalçısı “Azərmaş Group” MMC ümumi həcmi 10 milyon manat olan istiqrazlar buraxacaq.
Banker.az xəbər verir ki, avtomobil istehsalçısı hər birinin nominal dəyəri hər birinin nominal dəyəri 1000 manat olan 10 000 ədəd, təmin edilməmiş sənədsiz, faizli, adlı istiqrazlar emissiya ediləcək. Əlavə olaraq bu istiqrazlarının nominal dəyərinin 60% faizi üzrə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu” tərəfindən zəmanət verilib. İstiqrazların illik gəlirliliyi 13 faiz olmaqla
Şirkət 2025-ci ilin ilk yarımilində 6.05 milyon manat xalis mənfəət əldə edib.
Hazırki dövrdə “Azərmaş Group” MMC-nin fəaliyyət göstərdiyi avtomobil bazarında bir sıra mühüm iqtisadi, texnoloji və istehlakçı davranışı ilə bağlı tendensiyalar müşahidə olunur. Sözügedən tendensiyalar şirkətin əməliyyatına birbaşa təsir göstərir və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əsas rol oynayır.
Ölkədə iqtisadi sabitliyin qorunması, əhalinin alıcılıq qabiliyyətində müşahidə olunan artım və avtomobil bazarına olan tələbin yüksəlməsi şirkətin satış həcmlərinə müsbət təsir göstərdiyi bildirilir. “Eyni zamanda, idxal olunan avtomobillərə tətbiq edilən gömrük rüsumları və vergi siyasəti bazarda qiymət formalaşmasına və satış strategiyalarına bilavasitə təsir edir. İkinci əl avtomobil seqmentində aktivliyin artması isə şirkətin fəaliyyətini daha çevik və bazar yönümlü planlaşdırmasını tələb edir” – deyə, Emissiya prospekti və ya informasiya memorandumunda qeyd edilir.
Qlobal avtomobil sənayesində baş verən dəyişikliklər, xüsusilə elektrik və hibrid avtomobillərə artan maraq yerli bazarda da öz əksini tapmaqdadır. Elektrikli avtomobillərin idxalına tətbiq edilən güzəştlər və dövlət dəstəyi bu seqmentin inkişafını sürətləndirmişdir. Şirkət də bu istiqamətdə uyğun modellərin gətirilməsi, satışının təşkili və texniki xidmət infrastrukturunun genişləndirilməsi üzərində çalışır.
Müştərilərin xidmət keyfiyyətinə, satışdan sonrakı dəstəyə və daha əlverişli lizinq və kredit şərtlərinə olan tələbatı artır. Eyni zamanda, onlayn satış platformalarına və rəqəmsal xidmətlərə keçid prosesi sürətlənmişdir. Bu meyllər Şirkət rəqəmsal transformasiya proqramlarını gücləndirməyə, müştəri yönümlü xidmət modelini inkişaf etdirməyə və fəaliyyət proseslərini optimallaşdırmağa sövq edir.
Avtomobil bazarında həm yerli, həm də beynəlxalq brendlərin iştirakı rəqabət səviyyəsini yüksəltmişdir. Tanınmış xarici markaların yerli bazarda aktivliyi Emitentin bazar payını qorumaq və genişləndirmək üçün innovativ yanaşmaların, çevik idarəetmə modellərinin və effektiv marketinq strategiyalarının tətbiqini zəruri edir.






