Özbəkistanın Milli İnvestisiya Fondu (UzNIF) gələn ilin birinci rübündə artıq Londonda və Daşkənddə IPO (ilkin kütləvi təklif) keçirməyi planlaşdırır.
Banker.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Bununla yanaşı, ölkənin ən böyük qızıl mədən şirkəti olan “Navoi Mining”in IPO-ya hazırlığı ləngiyib. Bildirilir ki, hakimiyyət ölkə büdcəsində mühüm rol oynayan dividendlərin azalmasından ehtiyat edir.
Şirkət strateji əhəmiyyətə malikdir — qızıl Özbəkistanın ehtiyatlarının təxminən 80%-ni təşkil edir, “Navoi”nin isə ilin birinci yarısında qazancı rekord qızıl qiymətləri fonunda 1,5 mlrd dollara çatıb.
UzNIF listinq üçün daha hazır hesab olunur, “Navoi Mining” isə bazar şərtləri daha əlverişli olduqda IPO-ya çıxa bilər.






