18 C
Baku
Wednesday, November 19, 2025

Mərkəzi Bank üç sığorta agentinə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı tərəfindən sentyabr ayı ərzində aparılan nəzarət tədbirləri çərçivəsində üç hüquqi şəxs sığorta agentinə “Sığorta fəaliyyəti haqqında” Qanunun 102-ci maddəsinə uyğun olaraq icrası məcburi göstəriş verilib.

Bu barədə Mərkəzi Bankdan Banker.az-a bildirilir.

Məlumata görə, “Azərbaycan Geologiyası” MMC, “Az İnvest Group” MMC və “İNS Consulting” MMC-də aparılmış yoxlamalar nəticəsində qanunvericiliyin tələblərinə əməl olunmadığı müəyyən edilib. Bu səbəbdən hər üç sığorta agentinə Mərkəzi Bank tərəfindən icrası məcburi sərəncamlar təqdim olunub.

Mərkəzi Bank bildirir ki, qəbul edilmiş qərarlar sığorta sektorunda şəffaflığın təmin edilməsi, hüquqi çərçivəyə riayət olunması və bazar iştirakçılarının fəaliyyətində risklərin qarşısının alınması məqsədi daşıyır.

Son xəbərlər
Digər xəbərlər