18 C
Baku
Wednesday, November 19, 2025

Azərbaycanda 2 şirkət “Səba” ilə birləşir

“Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə! “Səba” ASC-nin 18.11.2025-ci il tarixinə saat 15:00-a təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1. maddəsinə müvafiq olaraq baş tutmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.2. maddəsinə əsasən həmin Məcəllənin 107-1.8. maddəsində müəyyən edilmiş qaydada “Səba” ASC-nin 18.11.2025-ci il tarixə saat 15:00-a təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişdirilmədən 24 dekabr 2025-ci il tarixdə, saat 15:00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:

1. Səba” ASC-nin yeni redaksiyada Nizamnaməsi haqqında;

2. “Səba” ASC-nin Direktorlar Şurası haqqında;

3.“Qarabağ Taxıl” MMC-nin “Səba” ASC-yə qoşulması haqqında;

4. “Biləsuvar Aqro” MMC-nin “Səba” ASC-yə qoşulması haqqında;

5. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında yerləşən Cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər.

Ümumi Yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər