18 C
Baku
Wednesday, November 19, 2025

Maskın illik gəliri ABŞ-dəkı bütün ibtidai sinif müəllimlərinin illik gəlirini üstələyəcək

Biznesmen İlon Maskın qarşıdakı 10 ildə 1 trilyon dollar məbləğində bonus aldığı təqdirdə, onun illik gəliri ABŞ-dəkı bütün ibtidai sinif müəllimlərinin ümumi illik gəlirini keçəcək. Bunu “The Washington Post” qəzetinin hesablamaları göstərir.

Nəşrin məlumatına görə, Mask 10 il ərzində 1 trilyon dollar alacaq ki, bu da ildə orta hesabla 100 milyard dollar gəlir deməkdir. Bu məbləğ ABŞ-də 2024-cü il statistikasına əsasən ümumilikdə 97 mlrd dollar qazanan 1,4 milyon ibtidai sinif müəlliminin gəlirini üstələyir. Bundan əlavə, qəzet qeyd edir ki, ABŞ-də fəaliyyət göstərən 917 min HR-mütəxəssisin ötən il qazandığı ümumi məbləğ Maskın illik gəlirindən təxminən 27 milyard dollar azdır. Maskın illik gəliri ilə müqayisə oluna bilən yeganə kateqoriya isə 3,2 milyon amerikalı kassirin ümumi qazancıdır.

Bundan əvvəl bildirilib ki, “Tesla” şirkətinin səhmdarları İlon Maska təxminən 1 trilyon dollar məbləğində kompensasiya paketi ödənilməsini təsdiqləyiblər. Plan 10 illik dövrü əhatə edir. “Bloomberg” agentliyinin qeyd etdiyi kimi, bu, ABŞ tarixində bir şirkət rəhbərinə edilən ən böyük ödəniş olacaq.

İlon Mask 2024-cü ildə tarixin ən varlı insanı olub. O, “Forbes” milyarderlər reytinqində birinci yeri tutur. Oktyabr ayında İlon Mask sərvəti 500 milyard dollara çatan ilk insan olub.

Son xəbərlər
Digər xəbərlər