Fərhad Baxşəliyev “Premium Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Banker.az bu barədə Banka istinadən xəbər verir.
O, 2023-cü ilin dekabr ayından bankın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərib.
Fərhad Baxşəliyev Azərbaycan Dövlət Iqtisad Universitetinin “İnzibati idarəetmə” fakültəsini “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirmişdir.







