6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda banklarda və sığorta şirkətlərində əqdlərin bağlanması nəzarəti sərtləşdirir

Azərbaycan Prezidenti İlham Əliyev “Banklar haqqında” və “Sosial sığorta haqqında” 2016-cı il mayın 6-da parlamentdə təsdiq olunmuş qanunların tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişiklərlə əsasən, banka aidiyyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilir.

Həmçinin səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən dəyişikliklərə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.

Eyni dəyişiklik Müşahidə Şurasının səlahiyyətlərində də nəzərdə tutulub.

Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5%-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətinə daxildir.

Bundan sonra banklar banklarla aidiyyəti olan şəxslərin adından çıxış edən şəxslərlə əməliyyatlar aparmayacaq.

Oxşar dəyişikliklər “Sığorta fəaliyyəti haqqında” qanuna da aid edilib.

twitter_follow_button aaa

Trend

Son xəbərlər
Digər xəbərlər