16 C
Baku
Wednesday, November 19, 2025

Diri iri inəklərin idxalı kəskin artırılıb

2025-ci ilin ilk üç rübündə Azərbaycanın ətlik diri iribuynuzlu heyvanların idxalı illik müqayisədə kəskin artıb.

Banker.az xəbər verir ki, 2025-ci ilin ilk üç rübündə Azərbaycana diri iribuynuzlu heyvanların idxal sayı 89 610 baş, dəyəri 72,09 milyon dollar təşkil edib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə say baxımından 174%, dollar ifadəsində isə 159% artım deməkdir.

Ölkələr üzrə baxıldıqda Qazaxıstandan idxal 3 670 baş, 1,74 milyon dollar olub ki, bu, 2024-cü ilin göstəricilərinə nisbətən say baxımından 22%, dəyər baxımından isə 37% azalma deməkdir.

Rusiya ilə idxal 52 162 baş, 47,58 milyon dollar təşkil edib, bu isə sayda 129%, dəyərdə isə 142% artım deməkdir.

Gürcüstandan idxal olunan heyvanların sayı 33 751 başa, dəyəri 22,69 milyon dollara yüksəlib, bu da sayda 543%, dəyərdə isə 320% artım deməkdir.

Analoji dövrüdə xaricdən 4 515 baş cins iribuynuzlu inəklər alınıb və bunun da 1 547 baş Çexiya və 1384 baş isə Estoniyadandır.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin yanvarında ölkədə 2 milyon 650,7 min baş iribuynuzlu mal-qara mövcud idisə, 2025-ci ilin oktyabrına olan vəziyyətə görə bu göstərici 2 milyon 438,8 min başa enib. Beləliklə, son dörd il yarımda iribuynuzlu heyvanların sayı 211,9 min baş və ya təxminən 8 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər