9 C
Baku
Thursday, December 12, 2024

2016-cı ilin büdcəsində bərpa ediləcək layihələr

Qara qızılın bahalaşması dondurulmuş bir sıra layihələri yenidən gündəmə gətirib.

Azərbaycanın neftinin barreli artıq xeyli müddətdir ki, 50 dolları keçib, dövlət büdcəsində isə neftin barreli 25 dollardan götürülüb. Məlumatına görə, bu amil neftin ucuzlaşması üzündən ixtisara salınmış bir sıra layihələrin yenidən bərpasını gündəmə gətirib.

Məsələ bundadır ki, ilkin variantda 2016-cı ilin büdcə xərclərinin 21 milyard manat olması düşünülürdü. Lakin ilin ikinci yarısında neftin barrelinin qiymətinin 50 dollardan aşağı düşməsi deputatları ehtiyatlı  davranmağa məcbur edib. Ona görə də, sentyabr ayında 2016-cı il üçün Milli Məclisə təqdim edilən büdcə layihəsində xərclər 16 milyard manat səviyyəsində götürülüb. 2015-ci ilin qiymətləri ilə təxminən 5 milyard manatlıq əsaslı kapital qoyuluşu layihəsi təxirə salındı. Əgər 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollar idisə, 2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 25 dollardan götürüldü.

Azərbaycan neftinin illik orta qiyməti (dollar/barrel)
Azərbaycan neftinin illik orta qiyməti (dollar/barrel)

2016-ci ilin büdcə xərcləri azalmaqla yanaşı büdcədə əsaslı xərclərin payı da azaldı. Əgər 2015-ci ilin dövlət büdcəsində əsaslı xərclərin payı 45 faiz olubsa, bu ilki büdcədə əsaslı xərclərin payı 30 faizə düşüb.

Neft yenidən bahalaşmağa başlayıb və əksər ekspertlər gələn ilin sonuna bir barrellin qiymətinin 70 dollara qədər qalxacağını proqnozlaşdırırlar. Belə olan şəraitdə Azərbaycanın dondurulmuş bir sıra layihələrinin bərpası yenidən gündəmə gəlir. Hər halda, bu layihələrin həyata keçirilməsi həm cari dövr, həm də perpektiv üçün yeni iş yerlərinin açılmasına, ümumi daxili məhsulda (ÜDM) neftdən kənar bölmənin payının artırılmasına imkan verir.

2016-cı il dövlət büdcəsinin xərcləri (milyon manat, faiz)
2016-cı il dövlət büdcəsinin xərcləri (milyon manat, faiz)

Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev ANS PRESS-ə müsahibəsində 2017-18-ci illər üçün nəzərdə tutular bir sıra layihələrin indidən bərpa ediləcəyini mümkün sayıb: “Təbii ki, bir qədər ehtiyatlı davranmaq lazımdır və ilk növbədə mərkəzi Bankın strateci ehtiyatlarının qayğısına qalmaq lazımdır. Amma bununla belə yeni iş yerlərinin açılması ilə nəticələnəcək layihələrin işə salınması da vacibdir”.

240@0

Oqtay Haqverdiyev bu il başlana biləcək layihələrin sırasında ilk növbədə Sumqayıt neft-kimya kompleksinin adını çəkib. Onun fikrincə, Ələtdə nəzərdə tutulan yeni sənaye zonası üzrə layihələri də işə salmaq məsləhətli olar: “Hər halda, hər iki zona neftdən kənar sektorlarla bağlıdır və çox sayda yeni iş yerlərinin açılmasına imkan yarada bilər”.

“Yeni iş yerlərinin açılması ilə nəticələnəcək layihələrin işə salınması da vacibdir”.

Lakin bununla belə,  Oqtay Haqverdiyev elmtutarlı sektorları da unutmamağı vacib sayır: “Biz hansı məhsulları istehsal edib dünya bazarına çıxara bilərik – bax bu istiqamətdə ciddi araşdırmalar aparmalıyıq. Bunun üçün Azərbaycandakı universitetlərin potensialından istifadə etməliyik. Universitetlər gələcəkdə hansı məhsulların prioritet olacağı istiqamətində araşdırmalar aparmalıdır. Nano texnologiyalar və s. üzrə araşdırmaları da artırmalıyıq”.

Əslində İsrail kimi ölkələrin təcrübəsi göstərir ki, heyvandarlıqdan və əkinçilikdən tutmuş adi su təchizatı sahəsinə qədər iqtisadiyyatın bütün sahələri elmi yanaşma tələb edir. Azərbaycan bu cür qabaqcıl təcrübələrdən istifadə etməklə, 21-ci əsrin ən böyük trendi olan ərzaq istehsalı sahələrində böyük uğurlar əldə edə bilər. Bu, həm də geniş təbii imkanlara malik Kür-Araz vadisində yüz minlərlə yeni iş yerinin açılmasına, şəhərlərin, kənd və qəsəbələrin inkişafına imkan yarada bilər.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər