16 C
Baku
Wednesday, November 19, 2025

ABŞ, Böyük Britaniya və Avstraliya Rusiyanın kiberinfrastrukturuna qarşı sanksiyalar tətbiq ediblər

ABŞ, Böyük Britaniya və Avstraliya kibercinayətkarlığı dəstəklədiyinə görə Rusiyanın “Media Land” şirkətinə qarşı sanksiyalar tətbiq ediblər.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yayılan açıqlamada bildirilir.

Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC), Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyi və Böyük Britaniyanın Xarici Siyasət və İnkişaf İdarəsi Rusiyanın cinayətkar infrastrukturu qoruyan “bulletproof hosting” (BPH) xidmətləri göstərən “Media Land” şirkətinə qarşı koordinasiyalı sanksiyalar elan ediblər. Şirkət fidyə proqramlarının və kibercinayətkarlığın digər formalarının yayılmasına dəstək verdiyi üçün hədəfə alınıb.

OFAC həmçinin “Media Land” rəhbərliyinin üç nümayəndəsinə və onunla əlaqəli üç şirkətə qarşı sanksiyalar tətbiq edib.

Qeyd olunur ki, BPH-provayderlər zərərli fəaliyyətin gizlədilməsinə, aşkarlamadan yayınmağa və hüquq-mühafizə orqanlarının səylərinə qarşı çıxmağa imkan verən ixtisaslaşmış serverlər və infrastruktur təqdim edirlər.

Bundan əlavə, OFAC və Böyük Britaniya daha əvvəl ABŞ-nin sanksiya siyahısına daxil edilmiş “Aeza Group LLC” şirkətinin örtük qurumu olan “Hypercore Ltd.”yə qarşı da sanksiyalar tətbiq irəli sürüblər. Həmçinin “Aeza Group”a rəhbərlik edən, onu dəstəkləyən və ya onun adından çıxış edən iki fiziki şəxs və iki qurum sanksiya siyahısına əlavə edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər