17 C
Baku
Thursday, November 20, 2025

Azərbaycanda notbuk istehsalı 16 dəfə artıb

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 253,4 milyon manatlıq məhsul istehsal olunub.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 11.6 faiz azalmış, kompüter, elektron və optik məhsulların istehsalı isə 98.4 faiz artıb.

2025-ci ilin yanvar-oktyabr ayları ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə notbukların istehsalı 15.6 dəfə artmış, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı 20 faiz, güc transformatorlarının istehsalı isə 71.1 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər