Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.
Banker.az xəbər verir ki, Fərid Nəcəfov Kənd Təsərrüfatı Nazirliyin İnsan Resursları Departamentinin rəhbəri təyin edilib.
Fərid Nəcəfov 2023-cü ilin dekabr ayından indiyə kimi nazirin kadr məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.
O, 2004-2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili, 2023-2005-ci illərdə isə İstanbul Universitetində Biznesin İdarə Edilməsi və Menecment üzrə magistratura təhsili alıb.








