15 C
Baku
Thursday, November 20, 2025

Nazir: “Alma və nar fermerləri üçün yeni subsidiyalar logistika xərclərini tam qarşılayacaq”

Azərbaycanda 2026-cı ildən alma və nar yetişdirən fermerlərə məhsul subsidiyası veriləcək.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Baku TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, növbəti ildən alma və nar yetişdirən fermerlərə məhsul subsidiyası veriləcək: “Ümid edirik ki, nəticədə alma, nar yetişdirən fermerlərimiz məhsulun əllərində qalmasından şikayətlənməyəcək, onu emal müəssisələrinə təhvil verə biləcəklər. Təklif olunan subsidiya onların logistika xərclərini artıqlaması ilə qarşılayacaq. Bu, onlarda əlavə maraq oyadacaq ki, məhsul subsidiyasını oraya yönəltsinlər”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər