14 C
Baku
Friday, November 21, 2025

ABŞ “Trampın sülh planı”nın 27 noyabra qədər imzalanacağını gözləyir

ABŞ hakimiyyəti Ukrayna prezidenti Volodimir Zelenskinin “Trampın sülh planı”nı 27 noyabra təsadüf edən Şükran Gününə qədər imzalayacağını gözləyir, bu barədə ukraynalı rəsmilərə istinadən “Financial Times” yazıb. Onların sözlərinə görə, bundan sonra sülh sazişi Moskvaya təqdim olunacaq ki, “prosesi dekabrın əvvəlində başa çatdırmaq mümkün olsun”.

Ukrayna prezidentinin ofisindəki bir neçə rəsmi bildirib ki, “yeni Tramp planının” bəzi maddələri Kiyev üçün qəti qəbuledilməzdir. Buna görə də sazişin müəyyən edilmiş müddətdə imzalanması çox ehtimal olunmur.

FT-nin həmsöhbətləri həmçinin bildiriblər ki, Ukraynaya sülh planını tez bir zamanda qəbul etməsi üçün ciddi təzyiq göstərilir. Rəsmilərdən biri Vaşinqtonun yanaşmasını 2025-ci ilin yazında faydalı qazıntıların hasilatı ilə bağlı hüquqların verilməsi haqqında sazişin imzalanması zamanı göstərilən təzyiqlə müqayisə edib.

Mətbuatda münaqişənin həlli üçün yeni planın hazırlanması barədə məlumatlar yayılmışdı. 20 noyabrda Volodimir Zelenski ABŞ nümayəndələri ilə döyüşlərin dayandırılması variantını müzakirə edib. Daha sonra Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko 28 bəndlik siyahı dərc edib. Bu siyahıda Ukraynada sülhün bağlanması və postmünaqişə nizamlanmasının şərtləri göstərilib.

Son xəbərlər
Digər xəbərlər