13 yanvar 2026-cı il saat 15:00-da “Göyçay-Avtonəqliyyat” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin illik hesabatının təsdiqi
2. Müşahidə şurası üzvlərinin və sədrinin seçilməsi
3. İdarə heyəti üzvlərinin və sədrinin seçilməsi
4. Yaranmış borc öhdəliklərinin ödənilməsi, həmçinin bəzi tikililərin qəzalı və təhlükəli vəziyyətdə olduğuna görə onların yenilənməsi üçün maliyyə mənbələrinin müəyyən edilməsi.
Ünvan Göyçay şəhəri, M.Müşfiq küçəsi 2-dir.
Xatırladaq ki, şirkət 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 174 178 AZN-dir və qanuni təmsilçisi Arif Əliyevdir.








