19 C
Baku
Friday, November 21, 2025

“Grok” Maskı tarixin ən möhtəşəm insanı adlandırıb

İlon Maskın yaratdığı “Grok” çat-botu öz yaradıcısını tarixin ən möhtəşəm insanı hesab edir. Ekspertlər bu müsbət münasibətin proqramlaşdırılmış ola biləcəyindən şübhələnirlər, deyə “The Washington Post” yazır.

“X” sosial şəbəkəsinin istifadəçiləri müəyyən edilblər ki, ora inteqrasiya olunmuş Grok çat-botu Mask haqqında həddindən artıq pozitiv fikirlər səsləndirir. Məsələn, onu “parlaq dərəcədə yaraşıqlı”, “arıq və idman quruluşlu” adlandırır və Maskın “dahi səviyyəsində intellekti” olduğunu bildirir. Nəşrin jurnalistləri çat-botu ayrıca yoxlayıb və oxşar cavablar alıblar.

“Bu cavablar ekspertləri yenidən narahat edib ki, dövlət kontraktı üçün təsdiqlənmiş Grok-un bəzi versiyaları sahibini və onun şəxsi baxışlarını müsbət tərəfdən göstərmək üçün proqramlaşdırılmış ola bilər”, – nəşr yazır.

Bundan başqa, istifadəçilər “Grok”dan müəyyən fikirləri qiymətləndirməsini xahiş ediblər: eyni cümlələr əvvəlcə Maskın adına, sonra isə onun rəqibi Bill Qeytsin adına yazılıb. Birinci halda çat-bot tam şəkildə razılaşıb, ikinci halda isə yalnız qismən. Bəzi istifadəçilər hətta dialoqları absurda qədər apararaq, Maskın fiziki formasının peşəkar idmançılardan, o cümlədən basketbolçu Lebron Ceymsdən daha yaxşı olduğunu dedirdiblər.

Nəticədə istifadəçilərin aktivliyinə Maskın özü də diqqət çəkib. “Grok-u təəssüf ki, düşmən niyyətli təlimatlarla manipulyasiya edərək, mənim haqqımda absurd dərəcədə pozitiv sözlər deməyə məcbur ediblər. Qarışıqlıq olmasın deyə: mən kök bir axmağam”, – deyə Mask gülən smayliklə paylaşım edib.

Son xəbərlər
Digər xəbərlər