İnflyasiyanın çox sayda müxtəlif tərifləri mövcuddur. Bizim məqsədimiz üçün maksimal sadəsi və aydın olanı tamamilə kifayət edər.
Demək olar ki, inflyasiya qiymətlərin artma forması ilə müəyyən olunan çox faktorlu iqtisadi prosesdir. Qiymətlərin artma sürətindən asılı olaraq inflyasiyanın bir neçə növünü fərqləndirirlər. Onları qısaca aşağıda olduğu kimi təsvir etmək olar.
1. Sürünən (mülayim) inflyasiya – illik qiymət artımı 10-15% qədər təşkil edir. İqtisadçılar buna iqtisadiyyatın normal inkişaf elementi kimi baxırlar. İnflyasiya istehsalın artımını, onun strukturunun müasirləşdirilməsini həvəsləndirmək qabiliyyətindədir. Pul kütləsinin artımı ödəmə dövriyyəsini sürətləndirir, kreditləri ucuzlaşdırır, investisiyaları fəallaşdırır və sair. İstehsalın artımı öz növbəsində daha yüksək qiymətlər səviyyəsində əmtəə/pul kütləsi arasında tarazılığını bərpa edir. Bir qədər qiymət artımı (ildə 3-9%) bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının xüsusi cəhətidir.
2. Çaparaq inflyasiya – qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5-7% dən 15-17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
3. Hiperinflyasiya – qiymətlər ildə 30-40% dən çox artır, bəzən ildə bir neçə yüz, hətta min faiz artır. Belə inflyasiya təsərrüfat mexanizmini iflic vəziyyətə gətirir və bu halda barter mübadiləsinə keçid baş verir. O, iqtisadi quruluşu kökündən dağılan ölkələr üçün xarakterik haldır. XX əsrin 90-cı illərinin birinci yarısında Rusiyada belə olmuşdur. Bu – pulun çox əhəmiyyəti olmayan, qiymətləri isə dövlət volyuntaristcəsinə təyin edən sosialist iqtisadiyyatından ümumi qəbul edilmiş təsərrüfat quruluşuna keçid dövründə qaçılmaz haqq idi.
İnflyasiyanın səbəbləri
Bir qayda olaraq, inkişaf etmiş ölkələrdə inflyasiya gözə çarpacaq dərəcədə inkişaf etməkdə olan ölkələrdə olduğundan aşağıdır Belə ki, AB ölkələrində son illər inflyasiyanın orta səviyyəsi 3-4% təşkil etmişdir. Müəyyən şəraitlərdə sürünən inflyasiyanın nəzarətdən çıxmaq təhlükəsi mövcuddur. Bazar iqtisadiyyatında təsərrüfat fəaliyyətinin tənzimləməsi təcrübəsinin az olduğu və inflyasiyanın qarşısını effektiv almaq təcrübəsi hələ yaradılmayan dövlətlərdə risk artır.
Son 100 ildə nəzəriyyəçi-iqtisadçılar inflyasiyanın bir neçə əsas səbəbləri barədə razılığa gəlib və müvafiq olaraq onun bir neçə əsas növünü ayırmışlar. Tələb inflyasiyası- ümumi tələbin real istehsal həcmi ilə müqayisədə artıq olması. (Tələb var, istehsalı adekvat olaraq artırmaq imkanı yoxdur.) Təklif inflyasiyası (xərclər) istehsal xərclərinin artması ilə əmələ gələn qiymətlərin artması deməkdir. (Xammal qiyməti və əmək haqqının ödənilməsinə olan xərclər artır, əmək məhsuldarlığının adekvat artması baş vermir, istehsalın da artması yoxdur.) Eləcə də inflyasiyanın maliyyə (monetar) və digər cəhətlərini fərqləndirirlər. Bunlar hamısı iqtisadiyyat ixtisasları olan yüzlərlə kitabda təsvir olunub. Əlbəttə ki, həyatda vəziyyət hər vaxt sadə sxemlərdən çətin olur. Məsələn Qərbdə artıq uzun illərdir ki inflyasiyanın monetar və istehsal səbəblərinin nisbəti haqqında diskussiyalar gedir, həm də nəzərə almaq lazımdır ki, hər bir iqtisadi vəziyyətin öz uyğunluq faktorları ola bilər. Bu təsərrüfat prosesləri faktorları haqqında biliklər bizdə də sürətlə mənimsilənir
Əgər Sovet hakimiyyətinin sonunda (yəni 1990-cı illərin əvvəlinə) inflyasiya problemləri haqqında bilik səviyyəsi məlum səbəblərə görə qərbdə XX əsrin əvvəlində olan bilikdən uzaq olmayaraq 1917-ci il səviyyəsində qalmışdısa, hal hazırda belə makroiqtisadiyyat proseslərinin intellektual cəhətdən açıq müzakirəsi tamamilə qərbin 1970-ci illərdə olduğu orta səviyyəyə uyğun gəlir. (Bəzi fərdlər hal hazırkı orta qərb səviyyəsindən gözə çarpacaq dərəcədə yüksək ola bilərlər, lakin bu problemlərin cəmiyyət tərəfindən başa düşülməsinin orta səviyyədə olması vacibdir.) Belə nəticə çox yaxşıdır. Bu məlum məsələdə biz ancaq səviyyəmizdə olan ölkələri deyil, çatmaq istədiyimiz ölkələri də, məsələn Portuqaliyanı qabaqlamağa başladığımızı təsdiq etməyə imkan verir. Deməli yəgin ki, yaxın 5-10 ildə ictimaiyyət tərəfindən iqtisadi və məsələn, inflyasiya prosesləri xüsusiyyətlərinin ümumiyyətlə başa düşülməsi təxminən 70-80 il geriləməsi aradan qaldırılacaq.
Adekvat başa düşülmə kifayət qədər geniş əhali təbəqəsi tərəfindən lazımdır. Əks təqdirdə birincisi demək olar ki, mükəmməl iqtisadi siyasəti yaratmaq mümkün deyil, çünki bunun üçün minlərlə məmur və ekspertlərin bilikləri bəşəriyyətin yaratdığı möhkəm özüllərə əsaslanmalıdır. Ikincisi, cəmiyyətdə olan təsərrüfat gerçəkliklərini müəyyən dərk etmə səviyyəsi olmalıdır. Bunsuz şüurlu iqtisadiyyat tədbirlərinin siyasi səbəblərə görə yerinə yetirilməsi mümkün deyil.
İnkişaf etməkdə olan ölkələrdə inflyasiya vaxtaşırı olaraq nəzarətdən çıxır. Bu çox vaxt sosial vədlər və əhaliyə heç nə ilə təmin olunmayan ödəmələr verən hakimiyyətlərin populist-demaqoq siyasətləri ucbatından baş verir. Dövlət büdcəsinin xərclərini artıraraq (vacib deyil biz milli layihələr həyata keçiririk, pensiyaları yaxud büdcə işçilərinin əmək haqqılarını artırırıq) pul kütləsini iqtisadiyyata atırıq və əgər bu vəsait əmtəərin/xidmətlərin artması ilə əsaslandırılmırsa, biz inflyasiyanın sürətinin artmasını əldə edirik.
Ehtimal edək ki, mənzil tikintisi üçün müəyyən qüvvələr var. Məsələn ildə 100 mln. kv. m. Gələn il siz insanlara məsələn, ipoteka vasitəsi ilə əlavə 20% artıq pul verirsiz. Lakin istehsalı bütün texnoloji xətt üzrə (beton istehsalı, metal məmulatların, kommunikasiya xəttlərinin çəkilməsinin və sair) bir il ərzində 20% artırmaq mümkün deyil. Ancaq 10% artırmaq mümkündür. Qalan pul mənzillərin bahalaşmasına xərclənəcək. Bu birmənalı olaraq pis deyil. Bu sektorun mənfəəti artacaq və biznes gələn il istehsalı daha 5% artırmaq imkanı tapacaq. (Əlbəttə ki, bu sahədə xüsusi biznes işlədiyi halda. Dövlət strukturları tərpənməyi xoşlamırlar.) Əmtəə qrupları üzrə qiymətlərin bərabər artmaması qazanc normasının bərabər olmamasına, resursların iqtisadiyyatın bir sektorundan digərinə axınını stimullaşdırır.Gizli inflyasiya adətən dövlətin qiymətləri inzibati vasitələrlə saxlamağa çalışması ilə bağlıdır. Əmtəə defisiti əmələ gəlir, əmtəələrin qara bazara axını baş verir. Sonra tez yaxud gec qiymətləri buraxmaq yaxud sosialist iqtisadiyyatı qurmaq lazım gələcək.
İnflyasiya gözləmələri qiymətlər artımının mühüm faktorudur. İnflyasiya özbaşına əmələ gələn qabaqcadan məlum olan xəbərə çevrilə bilər. Hamı inflyasiyanı gözlədikdə öz xərclərinin artmasını qabaqcadan ödəmək məqsədi ilə qiymətləri artırmağa çalışırlar. Bu öz növbəsində qiymətlərin sonrakı qalxmasının faktoru olur. Əgər hamı inflyasiyanın ciddi olacağına inanırsa bu halda onun elə də olacağı daha böyük ehtimalla baş verir.
Hakimiyyətə isə vəziyyəti sabitləşdirmək və inflyasiya gözləmələrinin qarşısını almaq üçün çox böyük əlavə qüvvələr sərf etmək lazım gəlir.
Qiymər artımının nəticələri. Sürünən inflyasiya (ildə 10% qədər) hətta inkişaf etmiş ölkələr üçün adi iqtisadi təzahürdür. Bizim inkişaf səviyyəsində olan ölkələrdə inflyasiya çox vaxt ildə 10-20% təşkil edir. Bunda heç bir fəlakət yoxdur. Elə vəziyyət olub ki, bəzi inkişaf etmiş ölkələr də 1960-1980-cı illərdə təxminən 20% inflyasiya şəraitində yaşayıblar. Bizim kimi olan ölkələrdə isə bu indi də adi haldır. Lakin düzəliş vermək lazımdır. Ancaq qiymətlərin artım göstəricisi deyil, tendensiya da vacibdir. Əgər inflyasiya 40-60% idisə, 20% göstərici inflyasiya gözləmələrinin azalmasına işarədir. Və əksinə, əgər beş il inflyasiya 10% civarında idisə, bu halda 15% qiymət artımı da həyəcan və xərclərin qarşısını almaq üçün müvafiq qiymət artımı hərəkətlərinə gətirib çıxarır.
Yəgin ki, yaxın gələcəkdə Azərbaycanda inflyasiya dəyişməyəcək. Əsas sahələrin tariflərinin artması xərclər inflyasiyasını hərəkətə gətirəcək, büdcə işçilərinin iqtisadiyyatda əmək məhsuldarlığı ilə müşahidə olunmayan gəlirlərinin artması isə inflyasiyanın monetar faktorlarını gücləndirəcəklər. Vacib nəticə: yaxın 10 ildə biz 10-20% inflyasiya intervalında yaşamalı olacağıq. Daim artan qiymətlər şəxsi maliyyə planlaşdırması prosesində nəzərə alınmalı faktordur.