17 C
Baku
Friday, November 21, 2025

Fərid Əliyev “PASHA Bank Türkiye” rəhbərliyinə təyinat alıb

“PASHA Holding” MMC və “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.”nin baş icraçı direktoruna müavin təyin edilib.

Banker.az xəbər verir ki, Fərid Əliyev “PASHA Bank Türkiye”nin baş icraçı direktorunun müavini və baş maliyyə inzibatçısı təyin edilib.

Onun bankçılıq və maliyyə sahəsində biznes təcrübəsi 17 ildir.

F.Əliyev 2019-cu ilin yanvarından holdinqin digər törəmə bankı “Kapital Bank” ASC-də çalışırdı. 2020-ci ilin martından bankın Xəzinədarlıq departamentinin direktoru kimi çalışıb.

Yenilənmiş məlumata əsasən F.Əliyev 2025-ci ilin noyabrından Türkiyədəki vəzifəsinin icrasına başlayıb.

Daha öncələr isə “Ziraat Bank Azərbaycan” ASC və “PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

O, Qafqaz Universitetində biznesin idarə olunması üzrə bakalavr təhsili alıb (2001–2006), ixtisası bankçılıq və maliyyə xidmətləri olub. Daha sonra SMC Universitetində (İsveçrə) Maliyyə və Maliyyə İdarəçiliyi üzrə magistr təhsilini(MBA) tamamlayıb (2012).

Bununla da “PASHA Bank Türkiyə” nin İdarə heyəti:
▫️ Ayşe Hale Yıldırım – Birinci müavin
▫️ Ender Sözer – Müavin
▫️ Özlem Oğuz – Müavin
▫️ Farid Əliyev – Müavin

Son xəbərlər
Digər xəbərlər